Rusiya Prezidenti Vladimir Putin uzun sürən müharibəni uduzacaq.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
"Putin başa düşmür ki, müharibədə uduzacaq. Çünki rusların 60-70 faizinin Putini dəstəkləməsinin əhəmiyyəti yoxdur. Rusiya iqtisadiyyatı çökəcək. Ukrayna Rusiyanın daxilinə hücumlarını gücləndirdikcə, rus ordusu geri çəkiləcək”,- Zelenski bildirib.