11 Sentyabr 2023 09:57
2 298
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna ordusu qışda F-16 qırıcılarının istifadəsinə başlaya bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) məlumat verib.

Nəşr qeyd edir ki, təlimlər bu və ya gələn ay başlasa, fevrala qədər ukraynalı pilotlar hazır ola bilər. Amerikalı mütəxəssislərin beş ay ərzində ingilis dilini bilən 10-a qədər pilot qrupu hazırlaya biləcəyi deyilir.

Bununla yanaşı, qəzet vurğulayır ki, amerikalı rəsmilər F-16-ların Ukrayna hərbçiləri tərəfindən istifadəyə başlaması ilə bağlı vaxt məsələsində daha ehtiyatlıdırlar. Amerikalılar qeyd edirlər ki, pilot hazırlığı ilə yanaşı, qırıcı təyyarələrə texniki xidmət və maddi-texniki təminat da yaratmaq lazımdır.

“ABŞ rəsmiləri bildirirlər ki, ukraynalılar F-16-dan döyüş istifadəsinə 2024-cü ilin ortalarında və ola bilsin bundan xeyli sonra başlaya biləcəklər”, - WSJ yazır.

Ukrayna Prezidenti Vladimir Zelenski bundan əvvəl Hollandiya ilə Kiyevə 42 ədəd F-16 qırıcısının tədarükü ilə bağlı saziş imzaladığını açıqlayıb. Danimarka da 19 ədəd F-16 Ukraynaya təhvil verməyə hazır olduğunu bildirib, ilk 6 təyyarə bu ilin sonuna qədər gələcək. Danimarka və Hollandiya artıq doqquz ölkənin köməyi ilə ukraynalı pilotların hazırlığını elan ediblər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər