11 Sentyabr 2023 11:26
993
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Soyuq və rütubətli hava şəraiti aktiv döyüşlərə təsir edəcək, amma hərbçilərə mane olmayacaq”.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Baş Hərbi Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib.

Onun sözlərinə görə, Ukrayna ordusu ilin sonuna qədər əks-hücum əməliyyatlarını davam etdirəcək.

ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Mark Milli bundan əvvəl Ukrayna qüvvələrinin hava şəraiti baxımından 30-45 günlük vaxtının qaldığını demişdi.

General qeyd edib ki, payızın sonlarında başlayacaq şiddətli yağışlar, güclü palçıq hər iki tərəfin hərəkətini ləngidəcək, soyuq temperatur logistik problemlər də yaradacaq.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər