Rusiya Prezidenti Vladimir Putin hələlik gələn il keçiriləcək seçkilərdə namizədliyini irəli sürməyib.
Teleqraf.com xəbər verir ki, bunu Putinin sözçüsü Dmitri Peskov deyib.
Peskov əmindir ki, heç kim Rusiyada Putinlə rəqabət apara bilməz.
“Putin hələlik namizədliyini irəli sürəcəyini bəyan etməyib, amma irəli sürərsə, heç kim onunla rəqabət apara bilməyəcək”, - Rusiya rəsmisi bildirib.