Braziliya Prezidenti Lula da Silva rusiyalı həmkarı Vladimir Putinin ölkəsinə gözlənilən səfərində mümkün həbsi ilə bağlı mövqeyini dəyişib.
Teleqraf.com xəbər verir ki, Silva bundan əvvəl Putinin həbs olunmayacağına zəmanət vermişdi.
Buna baxmayaraq, Braziliya lideri qərarı hökumətin deyil, ölkənin məhkəmə sisteminin verəcəyini bildirib.
“Braziliya ədliyyə sisteminin onu həbs edib-etməyəcəyini bilmirəm. Hökumət deyil, məhkəmə sistemi qərar verir”, - Silva deyib.
Martda Beynəlxalq Cinayətlər Məhkəməsi Rusiya prezidentinin həbsinə order verib. O vaxtdan bəri Putin ölkəni tərk etməyib.