G-20 sammitindən (Hindistan) sonra Vyetnama gedən ABŞ Prezidenti Co Bayden çıxış zamanı qəribə davranışlara yol verib.
Teleqraf.com xəbər verir ki, çıxışında beş gündür dünyanı gəzdiyini xatırladan Bayden “Mən yatmağa gedirəm” deyərək zarafat edib.
Amerika lideri burada yalnız beş suala cavab verəcəyini bildirib. Bayden bu zaman “Mən sadəcə mənə verilən əmrləri yerinə yetirirəm” deyərək hər kəsi təəccübləndirib.
ABŞ prezidentinin bu sözündən qısa müddət sonra mikrofonu kəsilib. Buna baxmayaraq çıxışını davam etdirərkən, salonda 1980-ci illərin caz musiqisi səslənməyə başlayıb.
Ağ Evin mətbuat katibi Karin Jan-Pyer araya girərək mətbuat konfransının bitdiyini deyib:
“Hər kəsə təşəkkürlər. Bununla da mətbuat konfransı yekunlaşır. Hər kəsə təşəkkürlər”.