11 Sentyabr 2023 18:18
1 340
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstriya Kansleri Karl Nehammer Türkiyənin Avropa Birliyinə (AB) üzvlük danışıqlarının dayandırılmasını tələb edib.

Teleqraf.com xəbər verir ki, kansler Türkiyəni AB-də görmək istəmədiklərini deyib.

“Tərəflər arasında planlaşdırılan yaxınlaşmaya baxmayaraq, Avstriya Ankaranın üzvlük danışıqlarının davam etməməsini istəyir. Ankara ilə Brüssel arasında yaxınlaşmanın davam etdirilməsinin tərəfdarıyıq, amma Türkiyənin AB-yə tamhüquqlu üzvlüyünü təsəvvür edə bilmirik”, - Nehammer bildirib.

Onun sözlərinə görə, AB ilə Türkiyə arasında qarşılıqlı etimad, iqtisadi və siyasi məsələlərə əsaslanan yeni tərəfdaşlıq olmalıdır:

“Bir-birimizə dürüst davranmağımız vacibdir. Bu, illərdir dondurulmuş üzvlük danışıqlarının rəsmi şəkildə dayandırılmasını və qonşuluq əməkdaşlığı üçün yeni konsepsiyanın hazırlanmasını nəzərdə tutur”.

Türkiyənin AB üçün çox mühüm tərəfdaş olmaqda davam etdiyini iddia edən kansler Ankara və Vyananın əlaqələrin yaxşılaşdırılması üçün ikitərəfli səviyyədə uğurla birlikdə çalışdıqlarını vurğulayıb.

“Yaxın vaxtlarda Türkiyə Prezidenti Ərdoğanla görüşəcəm”, - Nehammer əlavə edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər