Sentyabrın 12-də Türkiyənin İstanbul şəhərində Türkiyə və Gürcüstan arasında siyasi məsləhətləşmələr keçiriləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə İHA məlumat yayıb.
Bildirilib ki, məsləhətləşmələr Türkiyənin xarici işlər nazirinin müavini səfir Burak Akçapar və Gürcüstan XİN başçısının birinci müavini Laşa Darsalianın rəhbərlik etdiyi nümayəndə heyətləri arasında baş tutacaq.