12 Sentyabr 2023 11:00
1 393
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Kiprdə yerləşən BMT sülhməramlıları Şimali Kipr Türk Cümhuriyyəti ərazisində bu ölkənin hərbçilərinə müdaxilə etməyə çalışıb.

Teleqraf.com xəbər verir ki, olay türk hərbçiləri sərhədə yaxın ərazilərdə alaq otlarını təmizləyərkən baş verib.

Mübahisə zamanı BMT sülhməramlılarının Şimali Kipr hərbçilərindən birini vurduğu bildirilib.

Şimali Kipr xarici işlər naziri Tahsin Ərtoğruloğlu olaydan sonra BMT-nin Pilə-Yiğitlər yolu ilə bağlı baş verənləri həzm edə bilmədiyi üçün aqressivləşdiyini və belə bir mövqe tutduğunu deyib.

Nazir BMT sülhməramlılarının etdiklərinin qəbuledilməz olduğunu bildirib: “Lazım olanda reaksiyamızı göstərəcəyik. Əmin olun ki, bunlar cavabsız qalmayacaq”.

Məsələ ilə bağlı BMT sülhməramlılarının komandanlığı X sosial şəbəkəsində açıqlama verib:

“Bütün sülhməramlılar ən yüksək standartlara uyğun hərəkət etməyə borcludurlar və həmişə öz hərəkətlərinə görə cavabdehdirlər. Hərtərəfli araşdırmadan sonra müvafiq tədbirlər görməkdən çəkinməyəcəyik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər