Suriyada Türkiyə ordusunun mövqelərini hədəfə alan terrorçular zərərsizləşdirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
“Yeganə məqsədi bölgədə qan tökmək olan PKK/YPG terrorçularına haqq etdikləri şəkildə cavab veririk. Qəhrəman Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında “Fərat Qalxanı” əməliyyat zonasında təcavüz atəşi açan 4 PKK/YPG terrorçusunu zərərsizləşdirib”, - məlumatda deyilir.