12 Sentyabr 2023 17:15
1 669
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İran prezidenti son telefon danışığında Ermənistan baş nazirinə iradlarını bildirib”.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

“İran Prezidenti İbrahim Rəisi sentyabrın 10-da Ermənistan Baş naziri Nikol Paşinyanla telefon danışığında bildirib ki, regionda istənilən geosiyasi və sərhəd dəyişikliyi Tehran üçün “qırmızı xətt”dir. Rəisi vurğulayıb ki, regionda 3+3 formatından kənar əməkdaşlıq, xarici (regiondankənar) qüvvələrlə işləmək, onlarla hərbi təlimlər keçirmək və şübhəli səfərlər yalnız vəziyyəti çətinləşdirir.

Sadə dillə desək, Rəisi Ermənistanda Amerika-Ermənistan hərbi təlimləri keçirmək niyyətinə görə Paşinyanı danlayıb. Beləliklə, Moskvanın şilləsindən sonra indi də İran bizim ölkənin hakimiyyətini danlayır, xəbərdar edir”, - məlumatda deyilir.

Nəşr İran və Ermənistan arasındakı narazılıq atmosferinin yeni gəlişmə olduğunu, indiyədək iki ölkə arasında belə halların yaşanmadığını bildirir.

Eyni zamanda, “Hraparak” xatırladır ki, İran son gərginlik fonunda Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını hesab edib. Bunu da İran Xarici İşlər Nazirliyinin sözçüsü Nəsir Kənani sentyabrın 9-da mətbuat konfransında dilə gətirib.

Qəzet rəsmi İrəvanın qərbpərəst siyasətinin Ermənistanı öz müttəfiqləri İran və Rusiya ilə üz-üzə qoyduğunu vurğulayır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər