14 Yanvar 2015 00:11
1 188
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD-in Fransada baş verən terror aktlarının məsuliyyətini öz üzərinə götürməsi rəsmi Parisin adekvat sərt reaksiyasına səbəb olub.

Fransa rəsmiləri bu terrorçu qruplaşmanın tezliklə məhv edilməsi üçün fəal hərbi əməliyyatlara keçməyin zəruriliyini vurğulayıblar.

Törədilən terror aktları fonunda bu ölkə İŞİD terror qruplaşmasının İraqdakı mövqelərinə hava zərbələrinin genişləndirilməsi tələbi ilə çıxış edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Assoşieyted Press” məlumat yayıb.

Məlumata görə, müvafiq qərar Fransa parlamentinin aşağı palatasında dəstəklənib.

Qeyd edək ki, Fransanın baş naziri Manuel Vals parlamentdə çıxışı zamanı ölkənin terror və radikallıqla müharibə şəraitində olduğunu bildirib.


Müəllif:

Oxşar xəbərlər