14 Yanvar 2015 00:44
781
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ Dövlət Departamenti yenidən Rusiya Federasiyasının ünvanına sərt ittihamlar səsləndirib. Rəsmi Vaşinqton Ukraynanın şərqində vəziyyətin gərginləşməsinə görə məsuliyyəti Rusiyanın üzərinə qoyub.

Teleqraf.com-un “RİA Novosti”-yə istinadən məlumatına görə, ABŞ xarici siyasət qurumunun rəsmi nümayəndəsi Mari Harfın açıqlamasına əsasən, yanvarın 14-də Donetsk aeroportuna və Volnovaxada sərnişin avtobusuna hücum Rusiyanın dəstəklədiyi separatçılar tərəfindən törədilib.

Mari Harf Rusiyadan Minsk razılaşmaları çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyi tələb edib.

Qeyd edək ki, ötən gün Ukrayna vaxtı ilə saat 14:30 radələrində hökumət qoşunlarının Volnovaxa yaşayış məntəqəsi yaxınlığındakı blok-postuna doğru atılan mərmi birbaşa yaxında olan reys avtobusuna dəyib. Artilleriya zərbəsi 10 nəfər dinc sakinin həyatına son qoyub, 18 nəfər yaralanıb. Yaralılardan biri sonradan xəstəxanada keçinib. Ukrayna DİN-i zərbənin separatçılar tərəfindən həyata keçirildiyini iddia edir.


Müəllif:

Oxşar xəbərlər