Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında taxıl sazişi ilə bağlı telefon danışığı gündəmdədir, amma bunun BMT Baş Assambleyasından əvvəl, yoxsa sonra baş tutacağı hələ məlum deyil.
Teleqraf.com-un xəbərinə görə, bu barədə RİA Novosti Ankaradakı rəsmi mənbələrə istinadla məlumat verib.
“Belə bir söhbət gündəmdədir, amma hələlik konkret tarix yoxdur”, - agentliyin həmsöhbəti bildirib.
Türkiyə lideri bundan əvvəl Hindistan səfərindən qayıdarkən jurnalistlərə demişdi ki, taxıl sazişinin bərpası məsələsində rusiyalı həmkarı ilə telefon diplomatiyasını davam etdirmək niyyətindədir.