Avropol (Europol) Yunanıstana yaxın günlərdə baş verə biləcək terror aktları ilə bağlı xəbərdarlıq edib. Musavat.com xəbər verir ki, məlumatı "Skai" telekanalı yayıb.
Son 48 saat ərzində Yunanıstan polisi potensial cinayətkarların axtarışı ilə məşğuldur. Avropa polis xidmətinin məlumatına görə, Yunanıstan üçün yüksək terror təhlükəsi yanvarın 17-inədək davam edəcək.
Avropoldan onu da bildiriblər ki, hücumu 4 və ya 5 islamçı hazırlayır.
Avropa polisi Belçika, Hollandiya və Böyük Britaniya üçün də terror təhlükəsinin olduğunu elan edib.