Parisdəki “Charlie Hebdo” jurnalına edilən hücum Avropada antiterror tədbirlərinin gücləndirilməsi məsələsinin yenidən gündəmə gəlməsinə səbəb olub.
Teleqraf.com-un məlumatına görə, Avropa Birliyinin müvafiq strukturları artıq terrorla mübarizədə yeni mümkün tədbirləri müzakirə edirlər.
Bu məqsədlə Avropa Birliyinin xarici işlər nazirləri yanvarın 19-da, daxili işlər nazirləri isə yanvarın 28-də toplaşacaqlar.
Hər iki toplantıda terrorla ortaq mübarizə planı nəzərdən keçiriləcək. Bundan sonra Avropa Parlamenti bu görüşlərin məntiqi yekunu olaraq, bir sıra qərarlar qəbul edəcək.
Nail Cəlil