13 Sentyabr 2023 16:36
1 532
12 Punto 14 Punto 16 Punto 18 Punto

Estoniya Baş naziri Kaja Kallas İstanbul Pravoslav Patriarxlığının patriarxı və arxiyepiskopu I Varfolomeyin ölkəsinə səfəri zamanı skandala imza atıb.

Teleqraf.com xəbər verir ki, I Varfolomey bu ölkəyə səfəri çərçivəsində Kallasla görüşüb.

Baş nazir sosial media hesabında patriarxı Tallin hökumət evinin önündə qarşıladığı anların videosunu paylaşıb. Kallas Türkiyəyə qarşı skandala da həmin paylaşımında yer verib. Estoniyanın baş naziri postunda I Varfolomeyi “Konstantinopol arxiyepiskopu” kimi qələmə verib.

Beləliklə, Ayasofyanın məscidə çevrilməsi ilə pik həddinə çatan Yunanıstanın “Ellinizm” xülyasına Kaja Kallas da daxil olub.

Ayasofyanın 2020-ci ildə yenidən məscid kimi açılması Yunanıstanda həzmsizlik yaradıb. Bundan sonra yunan mediası və rəsmiləri İstanbulu “Konstantinopol” kimi təqdim edərək, Türkiyə əleyhinə təxribatçı çağırışlar etməyə başlayıblar.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər