13 Sentyabr 2023 17:29
616
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Zonquldağ şəhərində daş kömür mədəninin çökməsi nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Teleqraf.com xəbər verir ki, bunu Zonquldağ valisi Osman Hacbektaşoğlu bildirib.

Onun sözlərinə görə, hadisə baş verən zaman mədəndə 280 nəfər olub.

Hadisə yerində 75 nəfərdən ibarət axtarış-xilasetmə qrupu fəaliyyət göstərir. Əraziyə polis əməkdaşları, tibbi heyət, AFAD və Türkiyə Daşkömür Qurumunun (TDQ) nümayəndələri cəlb edilib.

Armutçuk müəssisəsinə məxsus mədənnin çökməsinin səbəbi hələ ki məlum deyil.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər