“ABŞ NATO-nun açıq qapı prinsipindən imtina etmək niyyətində deyil”.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Dövlət Departamentinin mətbuat katibi Metyu Miller brifinqdə bildirib.
“NATO-nun açıq qapı siyasəti var və biz bu siyasətdə güzəştə getməyəcəyik”, - Miller deyib.
Qeyd edək ki, Şimali Atlantika Müqaviləsi Təşkilatı 1949-cu ildə “Vaşinqton müqaviləsi”nin imzalanması və ratifikasiya edilməsindən sonra təsis edilib. Təşkilat “Atlantika paktı” və ya “Atlantika alyansı” da adlanır. Mənzil Qərargahı Brüssel şəhərində yerləşir. Hazırda təşkilata 28 üzv ölkə daxildir.