Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasını keçirib.
Teleqraf.com xəbər verir ki, iclasda qonşu ölkələr və müttəfiqlərlə münasibətlər müzakirə edilib.
“Bu gün bir neçə sualımız var. Bunlar ən yaxın qonşularımız və müttəfiqlərimizlə münasibətlərin inkişafı, eləcə də xarici dövlətlərlə münasibətlərdə Rusiyanın maraqlarının qorunması ilə bağlıdır”, - Rusiya lideri iclasda deyib.
Toplantıda Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin hesabat verib.