Avropa İttifaqı ölkələrinə miqrantların böyük bir qisminin qanunsuz yollarla daxl olması artıq sirr deyil. Son bir ildə isə qeyri-leqal yolla daxil olan miqrantların sayı 276 min nəfərdən çox olub.
Teleqraf.com-un “İnterfaks”-a istinadən məlumatına görə, bu barədə Avropa Parlamentinin iclasında Aİ-nin miqrasiya siyasəti üzrə komissarı Dimitris Avramopolus bildirib.
O qeyd edib ki, bu rəqəm 2013-cü ilin göstəricisindən 138 faiz çoxdur.
Komissarın sözlərinə görə, qanunsuz miqrantların 200 mindən çoxu tək Aralıq dənizinin Avropa sahilindən daxil olub.
Dimitris Avramopolus onu da diqqətə çatdırıb ki, qeyri-leqal miqrasiya ilə mübarizə üçün kompleks yanaşma gərəkdir, bundan başqa, əlaqələndirmə çox yüksək səviyyədə olmalıdır.