14 Sentyabr 2023 18:25
897
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyindən verilən açıqlamada iki yüksək rütbəli hərbçinin “vətənə xəyanət” ittihamı ilə edam edildiyi bildirilib.

Teleqraf.com xəbər verir ki, polkovnik-leytenant Məcid bin Musa və Hərbi Hava Qüvvələrinin baş leytenantı Yusuf bin Həsən əl-Azuni məhkəmədə təqsirli bilinərək Taifdə edam edilib.

Açıqlamada deyilir ki, hərbçilər “hərbi cinayətlərdə, milli maraqları və hərbi şərəfi qorumamaqda, bu kimi hallarla vətənə xəyanət"də ittiham olunub.

Edam edilən şəxslərin törətdiyi cinayətlərlə bağlı təfərrüatlara yer verilməyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər