Yunanıstan hökumətinin sözçüsü Pavlos Marinakis Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Baş naziri Kiriakos Mitsotakisin gələn həftə görüşəcəyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, görüş sentyabrın 20-də Nyu Yorkda keçiriləcək.
İyulda Litvada keçirilən NATO sammitində bir araya gələn iki lider müsbət mesajlar vermişdi. Yaxınlarda xarici işlər naziri Hakan Fidan Türkiyədə yunan həmkarı Yorqo Gerapetriti qəbul etmişdi.