Norveç şahzadəsi Marta Luiza 2024-cü ilin yayında şaman olduğunu iddia edən amerikalı nişanlısı Durek Verretlə evlənəcəyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Kral V Harald cütlüyü təbrik edərək, Verretti ailələrində qəbul etməkdən məmnun olacağını bildirib.
Luiza nişanlısı ilə ortaq olduğu alternativ tibb biznesini idarə etmək üçün keçən il krallıq vəzifələrindən və titullarından imtina edib. Özünü “altıncı nəsil şamanı” adlandıran Verret xərçəngin seçim olduğunu deyir. Pandemiya günlərində koronavirusdan qurtulmaq üçün vasitələr satıb.
Şahzadə Luiza da nişanlısının mələklərlə ünsiyyət qura bildiyini söyləyir.
Şaman əvvəllər ölümdən sonra dirildiyini, 2001-ci il 11 sentyabr hücumunu öncədən (Nyu-York) proqnozlaşdırdığını iddia edir. Bu kimi iddiaları tənqid və etirazlarla üzləşən Verret tənqidin irqçilikdən qaynaqlandığını deyir.
Şahzadə Luiza insanların mələkləri ilə əlaqə saxlamasına kömək etmək üçün bir məktəb açmasına görə tənqid olunur.