İran İraqla ümumi sərhəddə terrorçuların olması ilə barışa bilməz.
Teleqraf.com xəbər verir ki, bu sözləri İran Prezidenti İbrahim Rəisi İraq xarici işlər naziri Fuad Hüseyni ilə görüşündə deyib.
O, Bağdadı Tehran qarşısında müvafiq təhlükəsizlik öhdəliklərini yerinə yetirməyə çağırıb.
“İraqın İŞİD terror qruplaşması tərəfindən mühasirəyə alındığı günlərdə İslam Respublikası İraqa heç bir yardımdan imtina etmədi və bu, İraqın çətin günlərində onun dostu olduğunu sübut etdi”, - Rəisi bildirib.