15 Sentyabr 2023 20:09
3 192
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna qırıcıları Rusiyanın hərbi texnikalarını rekord sürətlə məhv etməyə davam edir. Sentyabrın birinci yarısında məhv edilmiş texnikaların ən azı üç göstəricisi var, bu da rekorda işarə edir.

Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Aleksandr Kovalenko deyib.

“Birincisi ənənəvi olaraq lüləli artilleriyadır. Sentyabrın iki həftəsində 442 bölmə məhv edilib. Ehtiyat artilleriyanın çıxarılması eyni sürətlə davam edərsə, sentyabrın sonuna qədər bunun ən azı 750-ni keçərək, yeni rekorda çatacağını düşünürəm. Bu fenomen bir sıra istiqamətlərdə rus texnikalarının əlverişsiz mövqelərdə, düzənliklərdə, açıq ərazilərdə görünməsi ilə bağlıdır. Bundan əlavə, bu gün Rusiya lüləli artilleriyasının əksəriyyəti qeyri-mobil, yedəkli haubitsalardır”, - ekspert bildirib.

Kovalenko əlavə edib ki, Rusiya üçün gözlənilən ikinci rekord itkilər zenit-raketlərlə bağlıdır:

“Son iki həftədə məhv edilmiş 39 bölmə var, ayın sonuna qədər isə 70-dən çox ola bilər. Bu itkilər onunla bağlıdır ki, bir sıra istiqamətlərdə lüləli artilleriyanın kritik çatışmazlığı səbəbindən Rusiya qoşunları bir sıra istiqamətlərdə yaylım atəşi sistemlərini cəbhə xəttinə yaxınlaşdırır. Bundan əlavə, Ukrayna bu yaxınlarda müntəzəm olaraq yüksək dəqiqlikli M142 HIMARS-lardan istifadə etməyə başlayıb”.

Üçüncü ehtimal olunan rekord isə nəqliyyat vasitələrinin itirilməsi ilə əlaqəlidir. Kovalenko vurğulayıb ki, sentyabrın iki həftəsində Ukrayna Silahlı Qüvvələri 483 bölməni məhv edib:

“Son aylarda rus qoşunları üçün maddi-texniki təchizat çox problemli və təhlükəli hal alıb”.

Qeyd edək ki, müharibənin başlamasından bəri Rusiya Ukraynada 271 440 hərbçisini itirib, bunlardan 470-i son sutka ərzində məhv edilib.


Müəllif: Mənsur Rəğbətoğlu