15 Sentyabr 2023 19:00
5 925
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ Senatında Qarabağla bağlı dinləmələr zamanı dövlət katibinin köməkçisi Yuri Kimin verdiyi bəyanat Cənubi Qafqazda anti-Rusiya döyüş meydanı yaratmaq məqsədi daşıyır”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Leonid Slutski deyib.

“Senatın Xarici Əlaqələr Komitəsində dinləmələr zamanı Kim bildirdi ki, Ermənistan Rusiya ilə yox, ABŞ-la tərəfdaşlıq etməlidir. Vaşinqton indi də İrəvana “kömək” etməyə hazırdır, görünür, Cənubi Qafqazda yeni anti-Rusiya döyüş meydanı yaratmaq arzusundadırlar”, - Slutski qeyd edib.

Onun sözlərinə görə, oxşar “yardım” vaxtilə Kiyevə də təklif olunmuşdu:

“İndi Ukrayna ABŞ-ın marionetinə çevrilib, suverenliyini və bir çox vətəndaşını itirib. “Transatlantik pərəstişkarlıq” dünyanın heç bir ölkəsinə fayda vermədi, ancaq bəla və kədər, qan və dağıntı gətirdi. Amerika tipli tərəfdaşlıqlar və inkişaf yardımı son nəticədə buna gətirib çıxarır”.

Xatırladaq ki, Yuri Kim ABŞ-ın inkişaf, müdafiə və təhlükəsizlik sahələrində Ermənistana dəstəyini mümkün qədər genişləndirməli olduğunu demişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər