Türkiyədə müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədrliyinə yeni namizəd irəli sürülüb.
Teleqraf.com xəbər verir ki, Prof. Dr. Örsan Öymen namizdəliyini irəli sürüb.
"CHP öz prinsiplərindən uzaqlaşıb. Siyasi partiyanın üzvü partiyanın qurultay tərəfindən müəyyən edilmiş əsas prinsiplərinə əməl etməyə borcludur. CHP-nin təməl prinsipləri bəllidir və qorunmalıdır. Hazırda partiyanın nəyi təmsil etdiyi bəlli deyil", - deyə Örsan Öymen bildirib.
Qeyd edək ki, daha öncə CHP sədrliyinə Özgür Özel namizəd olacağını açıqlamışdı.