16 Sentyabr 2023 10:52
1 375
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna qüvvələri sentyabrın 15-də Andriyevkanı geri alıb, hazırda Baxmut yaxınlığında və Zaporoje vilayətinin qərbində hücum əməliyyatlarını davam etdirir.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Mənbə Ukrayna ordusunun Klişçiivka yaxınlığında da uğur qazandığını bildirib.

Azad edilən Andriyevkada isə mühasirəyə düşən Rusiyanın 72-ci Əlahiddə Motoatıcı Briqadası (3-cü Ordu Korpusu) tamamilə məhv edilib. Ukrayna hərbçiləri Andrivkanın azad edilməsinin Baxmutun cənub cinahında irəliləyiş üçün imkanlar açdığını və bu ərazidə döyüşlərin davam etdiyini deyirlər.

“Ruslar Baxmutun cənubunda Rusiya qüvvələrinin taktiki vəziyyətinin pisləşdiyini etiraf ediblər, Ukrayna qoşunlarının Baxmutdakı rus qruplaşmalarını təhdid edə biləcəyindən narahat olduqlarını bildiriblər”, - məlumatda deyilir.

Həmçinin Rusiya mənbələrindən biri Ukrayna qüvvələrinin rus qoşunlarını Klişçivkadan sıxışdırıb çıxararaq, qəsəbədə möhkəmlənməyə çalışdıqlarını söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər