16 Sentyabr 2023 17:30
2 879
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya qoşunları cəbhədə 2C31 “Vena” özüyeriyən artilleriya və minaatan sistemlərindən (SAMU) istifadə etməyə başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ukraynalı hərbi ekspert Aleksandr Kovalenko məlumat verib.

Ekspert bildirib ki, 2C31 müasir standartlara görə çox yaxşı qurğudur, amma seriyalı deyil, süni məhsuldur. Kovalenko əmindir ki, SAMU-ların cəbhədə görünməsi Rusiyanın yaşadığı avadanlıq çatışmazlığını təsdiqləyir:

“Bu texnika döyüş bölgəsində məhz özüyeriyən artilleriya qurğularının olmaması səbəbindən görünməyə başlayıb. Bu, nadir texnikalardan istifadəyə məcbur edən səbəb çatışmazlıqdır.

Çoxları üçün “Vena” kimi bir ad “Qiasint”, “Nona-S”, “Msta-S” və digərləri kimi tanış isim deyil, bu, təəccüb doğurmur. Çünki SAMU-lar seriyalı deyil. “Vena”nın kökləri uzaq 1980-ci illərə - SSRİ “Nona-S”-ni daha effektiv və müasir bir şeylə əvəz etmək qərarına gəldiyi vaxta gedir. Beləliklə, iddialı 2C31 layihəsi 1980-90-cı illərin əvvəlində ortaya atılıb. Amma SSRİ-nin dağılması ilə əlaqədar projeni lazımi qədər genişləndirmək mümkün olmayıb”.

Hərbi ekspertin fikrincə, 1990-cı illər üçün 2C31-lər kifayət qədər yaxşı texnika sayılırdı:

“Avtomatlaşdırılmış idarəetmə və postsovet Rusiyasının avadanlıqları üçün pis olmayan unikal hədəf sistemlərinə malik idi. Eyni zamanda, dəqiq hesablama sisteminə. Amma SAMU-ların istehsalı heç vaxt seriyalı olmayıb. İndi də böyük istehsal potensialından danışmağa dəyməz”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər