16 Sentyabr 2023 17:56
936
12 Punto 14 Punto 16 Punto 18 Punto

Liviyanın şərqində minlərlə insanın ölümünə və itkisinə səbəb olan seldən zərər çəkənlər üçün 17 ölkədən 38 yardım təyyarəsi gəlib.

Teleqraf.com xəbər verir ki, bunu Liviya Milli Birlik Hökumətinin “Təcili və çevik reaksiya” qrupu açıqlayıb.

Göndərilən vertolyotla təchiz olunmuş gəmi ilə birlikdə qarşıdakı saatlarda 5 gəminin gələcəyi də bildirilir.

Yardımın hansı ölkələrdən gəldiyinə dair təfərrüatlı məlumat açıqlanmayıb.

Qeyd edək ki, sentyabrın 10-da Liviyanın Aralıq dənizi sahillərindəki Derna şəhərində baş verən sel fırtınası Benqazi, Beyda, Marj, Suse və Derna şəhərlərində daşqınlara səbəb olub. Sentyabrın 11-də ölkədə daşqın nəticəsində həyatını itirənlər üçün üç günlük matəm elan edilib, seldən zərər çəkmiş şəhərlər “fəlakət bölgələri” elan edilib.

Son məlumatlara görə, sel fəlakətində ölənlərin sayı 11 mini ötüb.

Liviyada yağıntının miqdarı son 40 ilin ən yüksək səviyyəsində olub.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər