"İsveç Türkiyəyə verdiyi vədləri yerinə yetirmir".
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya üzvlük prosesi haqda danışarkən deyib.
“Terrorçuları İsveç polisinin himayəsi altında aksiyalara göndərirlərsə, deməli, öz vəzifələrini yerinə yetirmirlər. Bizə verilən vədlər yerinə yetirilmir. Verilən vədlər yerinə yetirilməyəndə parlamentimin bu məsələyə necə münasibət bəsləyəcəyini hər kəs təqdir etməlidir”, - Türkiyə prezidenti vurğulayıb.
Prezident Ərdoğan ABŞ-la F-16 alış-verişinə də toxunub:
“F-16-larla bağlı “bu, Nümayəndələr Palatası qərar vermədən ola bilməz” deyilir. Orada Nümayəndələr Palatası varsa, mənim də parlamentim var. Parlamentimin verəcəyi qərarı bir kənara ata bilmərəm”.