16 Sentyabr 2023 23:59
1 231
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Afrika Respublikasının (MAK) prezidenti Fosten-Arkanj Tuadera Fransa prezidenti Emmanuel Makron ilə danışıqlar zamanı bunun suverenlik məsələsi olduğunu söyləyərək Rusiya ordusu ilə əməkdaşlığı müzakirə etməkdən imtina edib.

Teleqraf.com xəbər verir ki, Tuadera Makrona müdafiə və təlimlə bağlı dövlətlər arasında razılaşmanın bir hissəsi kimi Rusiya hakimiyyəti ilə işlədiyini deyib və bildirib ki, qalanı onun işi deyil.

“Əgər biz ənənəvi tərəfdaşımız Fransa ilə tam inamla işləmək istəyiriksə, o zaman yaşadığımız reallığa və ölkəmiz üçün istədiklərimizə əsaslanaraq çalışacağıq. Danışıqlar zamanı belə bir hiss var idi ki, Fransa açıq və dürüst əməkdaşlığı bərpa etmək arzusundadır”, - o vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər