17 Sentyabr 2023 08:46
1 605
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşa Milli Müdafiə Nazirliyi sentyabrın 17-də “Payız atəşi” təliminin keçiriləcəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, ABŞ və Cənubi Koreyadan alınan hərbi texnikanın nümayiş etdiriləcəyi bildirilir.

Təlim Rusiyanın Kalininqrad vilayəti ilə sərhəddən 80 kilometr aralıda yerləşən Bemovo-Piska şəhərindəki Piyada Təlim Mərkəzinin poliqonunda baş tutacaq.

Təlimlərə tank, aviasiya və artilleriya da daxil olmaqla 70 texnika, o cümlədən “K2” və “Abrams” tankları, “HIBNERYT” və “HIMARS” sistemləri, “K9” raket əleyhinə sistemi, xüsusi “LRR i Talon” robotları və digər silahlar cəlb olunacaq. Təlimdə minə yaxın əsgər iştirak edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər