17 Sentyabr 2023 22:21
528
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın keçmiş prezidenti, respublikaçı Donald Tramp ona qarşı açılan işlərə görə həbsxanaya düşməkdən qorxmadığını və bütün ittihamları siyasi hesab etdiyini bildirib.

Teleqraf.com xəbər verir ki, o, NBC telekanalına müsahibəsində deyib: “Narahat olmayın, bu barədə düşünmürəm, mən başqa cür yaradılmışam. Mən ölkəmizi məhv edən korrupsionerlərlə məşğulam. Mən sadəcə Amerikanı yenidən necə möhtəşəm etmək barədə düşünürəm. Mənə qarşı irəli sürülən ittihamlar siyasi, banan respublikası, üçüncü dünya üslubuna xas ittihamlardır”.

ABŞ-ın xüsusi prokuroru Cek Smit avqustun 1-də Trampın dörd maddə üzrə ittiham olunduğunu açıqlayıb. O, faktiki olaraq 2020-ci il seçkilərində məğlub olmasına baxmayaraq, hakimiyyəti qanunsuz olaraq saxlamaq cəhdində ittiham olunur. Siyasətçiyə qarşı ən ağır cinayətlərə görə maksimum cəza 20 il həbsdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər