Ukrayna 2024-cü ildə büdcə kəsirini ödəmək üçün Qərb ölkələrindən 43 milyard dollar yardım gözləyir.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının Büdcə komitəsinin sədri Roksolana Pidlasa bildirib.
O qeyd edib ki, 2024-cü il Ukrayna büdcəsinin məxaricinin gəlirindən iki dəfə çox olacağı üçüncü il olacaq. "Bütün qeyri-müdafiə xərcləri, sosial, humanitar, yenidənqurma, infrastruktur, hər şey büdcə kəsiri sahəsinə düşür. Büdcə kəsiri beynəlxalq tərəfdaşların vəsaitləri, kreditlər və qrantlar hesabına ödənilir. Hökumət danışıqlar aparacaq ki, gələn il Qərb ölkələrindən 43 milyard dollar alaq”, - deyə komitə sədri qeyd edib.
Pidlasa izah edib ki, gələn ilin büdcəsində beynəlxalq büdcə yardımı 1 dollar üçün 41,1 qrivna səviyyəsində hesablanıb, halbuki hazırda Ukrayna Milli Bankının sabit məzənnəsi 1 dollar üçün təxminən 36,6 qrivnadır.