18 Sentyabr 2023 01:00
2 797
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çeçenistanın (Rusiya) rəhbəri Ramzan Kadırov xəstəliyi ilə bağlı yayılan xəbərlərə inananları “hava almağa” çağırıb.

Teleqraf.com xəbər verir ki, o, bununla bağlı öz “Telegram” kanalında paylaşım edib.

“İnternetdə həqiqəti yalandan ayıra bilməyən hər kəsə təmiz havada gəzməyi və fikirlərini nizama salmağı tövsiyə edirəm. Yağış insanı çox yaxşı gumrahlaşdırır”, - deyə o, öz izləyicilərinə müraciət edib.

O, bu şərh Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusovun Çeçenistan rəhbərinin xəstə olduğunu, vəziyyətinin ağır və ya komada olduğunu deməsindən sonra verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər