PKK/YPJ terror təşkilatının “yüksək səviyyəli” simalarından olan “Şərvin Sərdar” ləqəbli İman Mahmud Dərvişin Mənbiçdə zərərsizləşdirildiyi bildirilir.
Teleqraf.com xəbər verir ki, Dərviş Fransanın Yelisey sarayında Makron administrasiyasının qəbul etdiyi terrorçular arasında olub.
Fransa ilə yanaşı, Danimarka, Kanada və İtaliya kimi ölkələrdə rəsmi olaraq qəbul edilən terrorçu Dərviş Qəndil tərəfindən PKK-nın qadın təşkilatı YPJ-nin komandiri təyin olunmuşdu.
“Türkiyə” qəzetinin xəbərinə görə, Mənbiçdə keçirilən xüsusi əməliyyatda öldürülən Dərvişlə yanaşı, “Nucan Öcalan” və “Canda Cudi” adlı daha iki PKK terrorçusu (qadın) zərərsizləşdirilib.
Təşkilatda Mənbiçdən “məsul” olan Dərvişin Türkiyəyə hücuma hazırlaşdığı təsbit edilib. Dərviş təşkilatda “xüsusi əməliyyatlar”dan cavabdeh olan terrorçu idi.
Dünən Qamışlı – Amudə yolunda PKK-nın bir maşını da vurulub. Nəticədə PKK-nın 2 “yüksək səviyyəli” terrorçusu məhv edilib.
Hər iki əməliyyatın Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən keçirildiyi bildirilir.