ABŞ-ın dövlət borcu tarixi səviyyəyə yüksəlib. ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, ölkənin borcu 33,04 trilyon dollara çatıb.
Teleqraf.com xəbər verir ki, Amerikanın uzunmüddətli maliyyə problemlərini həll etmək üçün çalışan Peter G.Peterson Fondunun baş icraçı direktoru Maykl Peterson ABŞ-ın milli borcunun trilyonlarla dollar artmağa davam etdiyini söyləyib. Onun sözlərinə görə, amerikalı siyasətçilər problemin həllinə fokuslanmalıdır.
Qeyd edək ki, yanvarın 19-da ABŞ 31,4 trilyon dollarlıq borc həddinə çatıb. ABŞ Maliyyə Nazirliyi limiti aşmamaq və mümkün defoltun qarşısını almaq üçün fövqəladə tədbirlər görməyə başladı.
Borc limiti ilə bağlı uzun danışıqlardan sonra Konqresdə razılıq əldə olunub və ABŞ Prezidenti Cozef Bayden iyun ayında borc limitini artırmaqla ölkənin defolt vəziyyətinə düşməsinin qarşısını alacaq qanun layihəsini imzalayıb.