19 Sentyabr 2023 14:12
5 974
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanın Ukraynaya 900 milyon dollarlıq silah tədarük etməyə razı olmasından sonra Vaşinqton İslamabada Beynəlxalq Valyuta Fondundan 3 milyard dollar almağa kömək edib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ və Pakistan hökumətindəki mənbələrə istinadla “Intercept” məlumat yayıb.

Razılaşma bu ilin mayında Pakistan səfiri Məsud Xan və ABŞ dövlət katibinin köməkçisi Donald Lu arasında Vaşinqtonda keçirilən görüş zamanı əldə olunub.

Müqaviləni Bayden administrasiyası adından Ukrayna silahlı qüvvələrini silahla təmin edən “Global Ordnance” şirkəti həyata keçirib.

Məlumata görə, şirkət Kiyevə təxminən bir milyard dollar dəyərində silah tədarük edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər