Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, danışıqlar Birləşmiş Millətlər Təşkilatının (BMT) 78-ci Baş Assambleyası çərçivəsində Nyu-Yorkdakı Türk Evində baş tutub.
Dövlət başçısı həmçinin İtaliyanın Baş naziri Corcia Meloni ilə də görüşüb.
Hər iki görüşün mətbuata qapalı keçirildiyi bildirilib.