Qazaxıstan bu il aşağı məhsuldarlıq səbəbindən taxıl ixracını azaldacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Qazaxıstanın kənd təsərrüfatı naziri Aydarbek Saparov məlumat verib.
“Məhsuldarlığın azalması səbəbindən ixrac potensialımız aşağı düşəcək. Lakin ixraca yönəldilməsi planlaşdırılan taxıl həcmi ənənəvi bazarlarda mövqeyimizi qorumaq üçün kifayət edəcək”, - nazir bildirib.
Onun sözlərinə görə, 2023-cü ildə Qazaxıstanda 16 milyon ton dənli bitkinin yığılacağı gözlənilir. Bu həcm daxili tələbatı tam ödəməyə və ənənəvi bazarları saxlamağa imkan verir.