“Moskva Çeçenistan rəhbəri Ramzan Kadırovun durumu ilə bağlı məlumatları gizlədir”.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik Xidməti rəisinin keçmiş müavini general-mayoru Viktor Yaqun deyib.
General Kadırovun səhhətinin bir neçə ay əvvəl pisləşdiyini söyləyib. O, hesab edir ki, Kreml çeçenlərin liderinin vəziyyəti ilə bağlı məlumatları axıra qədər gizlədəcək, çünki bu durum Prezident Vladimir Putin üçün çox təhlükəlidir.
“Belə bir təəssürat yaradıblar ki, guya Kadırov öz iradəsi ilə bölgəni əlində saxlayır, amma onun uzunmüddətli yoxluğu partlayışa (Şimali Qafqazda) səbəb ola bilər. Kadırovla bağlı məsələ mürəkkəbdir, burada din amili də var. Vəziyyət çox kritikdir, bu xəbəri xalqa çatdırmaq üçün ya əvəzləyici, ya da hansısa bəhanə axtarırlar”, - Yaqun vurğulayıb.
Generalın fikrincə, Çeçenistanda Kadırovun yerini tutmaq istəyən müxtəlif qruplaşmlar var. Onun iddiasına görə, Çeçenistan rəhbərinin ölümü və ya sağalmaz olduğu təsdiqlənərə, bu, bölgədə ciddi gərginliyə və həmin qruplaşmalar arasında qarşıdurmaya yol açacaq.
Yaqun qeyd edib ki, Kremlə Kadırovun yerinə keçirə və bölgədə nəzarəti ələ ala biləcək adekvat namizəd tapmaq üçün vaxt lazımdır.
General vurğulayıb ki, Çeçenistan alovlanarsa, Rusiya hakimiyyətinin bu itaətsizlik partlayışını yatırmaq üçün gücü olmayacaq, çünki Kreml bütün qoşunlarını Ukraynaya qarşı müharibəyə atıb.
“Kremlin fiziki gücü çatmır. Hardasa kiçik bir şəhər və ya kənd ayağa qalxsa, yenə onu mühasirəyə alıb orada nəsə edə bilərlər. Bir respublika qalxsa, xüsusən də Çeçenistan kimi, heç nə edə bilməyəcəklər, çünki bütün qüvvələrini Ukraynaya atıblar”, - Yaqun əlavə edib.