14 Yanvar 2015 14:13
769
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dövlət katibi Con Kerri İranın nüvə proqramı barədə danışıqlar prosesini bərpa etmək üçün iranlı həmkarı Məhəmməd Cavad Zarif ilə Cenevrədə görüşəcək.

Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, liderlər arasında görüşün məqsədi cümə axşamı başlayacaq danışıqları qiymətləndirməkdir.

Kerrinin sözlərinə görə, dünya ölkələri İranın sanksiyaların qaldırılması üçün nüvə proqramını cilovlamasını istəyir.

Qeyd edək ki, 2013-cü ilin noyabr ayında müvəqqəti razılıq əldə edilsə də, bu yaxınlarda daha əhatəli razılaşma üçün son müddət iki dəfə buraxılıb.

Hazırda məqsəd martın 1-dək yüksək səviyyəli siyasi razılıq əldə etmək və iyulun 1-dək razılığın tam texniki detallarını açıqlamaqdır.

Samir


Müəllif:

Oxşar xəbərlər