Lüksemburq xarici işlər naziri Jan Asselbörn ötən həftə Suriyanın Mənbiç şəhərində PUA hücumunda ölən PKK terrorçuları üçün başsağlığı verib.
Teleqraf.com xəbər verir ki, nazir 2016-cı ildə son hücumun hədəflərindən olan “Şərvin Sərdar” ləqəbli terrorçu Uman Dərvişlə görüşüb.
Asselbörn skandal açıqlamasında bu sözlərə yer verib:
“Şərvin Sərdarın itkisi bu dəhşətli hücumun insanlarda səbəb olduğu dərin kədəri əks etdirir”.
Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) ötən həftə aralarında Şərvin Sərdarın da olduğu bir qrup terrorçunu zərərsizləşdirib. Terrorçuların bundan əvvəl Türkiyədə qanlı akt planlaşdırdığı təsbit edilmişdi.