“Yaxınlarda Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığım olmayıb”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Robert Köçəryan deyib.
“Bu, dezinformasıdır. Putinlə sonuncu telefon danışığım mayın 21-də Moskvaya səfərim ərəfəsində olub. Söhbətin mövzusu Qarabağdakı vəziyyətlə bağlı idi”, - sabiq prezident bildirib.
Köçəryan yeni iddianın Qarabağdakı son gəlişmələrlə əlaqədar ortaya atıldığını söyləyib.