20 Sentyabr 19:19
3 952
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin Çin lideri Si Cinpinin dəvəti ilə oktyabrda Pekində keçiriləcək “Bir Kəmər, Bir Yol” forumunda iştirak edəcək.

Teleqraf.com xəbər verir ki, o, bu barədə Çin xarici işlər naziri Vanq Yi ilə görüşündə bildirib.

Rusiya lideri sonuncu dəfə ötən il Pekin Qış Olimpiya Oyunlarının açılışında iştirak etmək üçün Çində olub.

Qeyd edək ki, bundan əvvəl “Blumberq” agentliyi Vladimir Putinin Çinə səfər edəcəyini yazmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu