Belarusda sentyabrın 22-dən 26-dək genişmiqyaslı hərbi təlimlər keçiriləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.
"Belarus Silahlı Qüvvələri ikitərəfli kompleks təlim keçəcək. Təlimin məqsədi döyüş əməliyyatları zamanı tabeliyində olan qüvvə və vasitələrin daimi nəzarətini təmin etməkdir. Təlim planı, müasir silahlı qüvvələrin münaqişələri təcrübəsi əsasında qoşunların istifadəsinə müasir yanaşmalar nəzərə alınıb”, - Belarus Müdafiə Nazirliyi bildirib.
“Əlbəttə bu hərbi təhlükə yaratmır, amma müəyyən təhlükə var. Belarusun hərbi təlimlər keçirmək qərarı fonunda Ukrayna sərhəddə nəzarəti gücləndirib. Bu, normal hərbi praktikadır. Həmin qüvvələrə nəzarət edirik,” - Ukrayna ordusunun komandanı general-leytenant Sergey Naev Teleqram kanalında həmin təlimlə bağlı yazıb.