21 Sentyabr 2023 23:19
1 690
12 Punto 14 Punto 16 Punto 18 Punto

100 illiyini qeyd etməyə hazırlaşan Türkiyənin keçmişi və bu günü ilə bağlı təhlil dərc edən Fransanın “Historia” nəşri Prezident Rəcəb Tayyib Ərdoğanın bu gün yeni bir milli tarix yaratmağa çalışdığını bildirib.

Teleqraf.com xəbər verir ki, nəşr Ərdoğan Türkiyənin ümummilli lideri Mustafa Kamal Atatürkün irsini öz dünyagörüşü işığında yenidən yazdığını vurğulayır.

Məqalədə Atatürkün qərbləşmiş Türkiyənin əsasını qoyduğu xatırladılır:

“İkinci Dünya Müharibəsinin sonunda Osmanlı ordusunda xidmət edən gənc zabit müttəfiqlərə qalib gələrək həm türkləşən, həm də qərbləşən yeni Türkiyənin əsasını qoydu”.

İslahatçı şəxsiyyəti önə çəkilən Atatürkün tarixin gedişatını tərsinə çevirərək 1923-cü ildə cümhuriyyəti elan etdiyi qeyd olunur.

Türkiyənin Lozanna müqaviləsinə gedən yolda nələrdən keçdiyinə gəlincə, Fransa nəşri yazır:

“1919-cu ildən 1922-ci ilə qədər yunan işğalçılarına qarşı savaş zamanı Lozanna müqaviləsi ilə nəticələnən İstiqlal Mübarizəsi və müasir türk dövlətinin qurulması zamanı Mustafa Kamal praqmatizmin çoxsaylı nümunələrini təqdim etdi”.

Təhlildə oktyabrın 29-da Türkiyənin 100 illik yubileyini böyük coşqu ilə qeyd etməyə hazırlaşdığı bildirilərkən, Prezident Ərdoğanın bu gün yeni bir milli tarix yaratmağa çalışdığı qeyd olunur. Məqalədə 86 ildən sonra ibadətə açılan Ayasofyada ilk dəfə qılınan cümə namazının Lozanna müqaviləsinin 97-ci ildönümünə təsadüf etdiyinə diqqət çəkilir.

“Prezident Ərdoğan Atatürkün irsini öz dünyagörüşü işığında yenidən yazır”, - fransız nəşri əlavə edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər