14 Yanvar 2015 16:13
804
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın “Charlie Hebdo” satirik jurnalının terror aktından sonra ilk buraxılışının tirajı beş milyon nüsxəyə qədər artırılacaq.

Publika.az-ın “İnterfaks” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə “Messageries Lyonnaises de Presse” (MLP) yayım şirkətindən bildirilib.

Jurnalın terror aktından sonrakı ilk nömrəsinin tirajı üç milyon nüsxə olub. Ancaq fransızlar jurnalı almaq üçün köşklərin qarşısında növbədə dayanıblar və ilk dəqiqələrdə jurnalın bütün nüsxələri satılıb.

“The Böyük Britaniyanın “Guardian” qəzeti qeyd edir ki, jurnalı “eBay”dan almaq olar. Ancaq bu halda 649 avro ödəmək lazımdır. Halbuki mağazalarda jurnalın qiyməti 3 avrodur.


Müəllif:

Oxşar xəbərlər